UEFA Çempionlar Liqasında bu gecə son finalçı müəyyənləşəcək.
Bizim.Media xəbər verir ki, PSJ ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Arsenal”ı qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu qarşılaşmanın qalibi finalda “İnter”ə rəqib olacaq.
Xatırladaq ki, Milan klubu 4:3 hesablı “Barselona” üzrərində qələbə qazanaraq finala yüksəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
Bizim.Media