EN

Çin və ABŞ iqtisadi məsələlərə dair danışıqlar aparacaq

Pekin, 7 may, AZƏRTAC

Çin və ABŞ hökumət nümayəndə heyətlərinin İsveçrədə görüşü olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Danışıqlarda Çin nümayəndə heyətinə baş nazirin müavini Hı Lifen rəhbərlik edəcək.

Çin XİN nümayəndə heyətinin danışıqlar üçün mayın 8-dən 12-dək İsveçrədə səfərdə olacağını bildirib.

Danışıqlarda ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edəcək.

Çinin Kommersiya Nazirliyinin açıqlamasında deyilir ki, ABŞ tərəfi müxtəlif kanallarla Çinə mesaj göndərərək, tarif məsələləri ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bildirib. Çin tərəfi ABŞ-ın mesajlarını qiymətləndirdikdən sonra belə bir görüşə razılıq verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
0
2
azertag.az

3Sources