Azərbaycan ordusu öz hərbi gücünə görə “Global Firepower” reytinqində 145 ölkə arasında 60-cı yerdədir.
“İki sahil” globalfirepower.com saytına istinadla xəbər verir ki, reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunub.
Reytinqin ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya qərarlaşıb. Azərbaycan siyahıda 60-cı yeri tutur. Türk Dövlətləri Təşkilatının digər üzvləri - Türkiyə 9-cu, Özbəkistan 58-ci, Qazaxıstan 57-ci, Türkmənistan 77-ci, Qırğızıstan isə 105-ci sırada yer alıb.
Reytinq cədvəlinə əsasən, Pakistan 12-ci, İran 16-cı, İsrail 15-ci, Gürcüstan 94-cü, Ermənistan isə 91-ci pillədədir.