EN

NBA-da ilin məşqçisi seçildi

Milli Basketbol Assosiasiyası (NBA) "ilin ən yaxşı məşqçisi” nominasiyasında qalibin adını açıqlayıb. Metbuat.az xəbər verir ki, bu ada “Klivlend Kavalyers”in baş məşqçisi Kenni Etkinson layiq görülüb.

58 yaşlı mütəxəssisin rəhbərliyi altında Ohayo təmsilçisi cari mövsümdə 64 qələbə və 18 məğlubiyyətlə müntəzəm çempionanın Şərq Konfransında birinci yeri tutub. O, Bill Fitç və Mayk Braundan sonra bu mükafatı qazanan üçüncü "Kavalyers" məşqçisidir.

Chosen
0
metbuat.az

1Sources