BAKI, 7 may. TELEQRAF
ABŞ hərbi dəniz qüvvələrinin “Harry Truman” aviadaşıyıcısının göyərtəsində olan qırıcı təyyarə Qırmızı dənizə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Hadisənin aviadaşıyıcının aerofiniş sistemindəki nasazlıqdan qaynaqlandığı güman edilir. F/A-18 təyyarəsinin hər iki ekipaj üzvü katapult edə biliblər. Cüzi xəsarətlər almış pilotlar xilasetmə helikopteri ilə gəmiyə qaldırılıb. Batmış təyyarə hələ tapılmayıb.