EN

Bakıda 20 gün əvvəl təmir olunan yol yenidənÇÖKDÜ

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.

 

Xəzər TV məlumat verib ki, ötən gün də həmin çuxura digər minik avtomobilləri düşüb.

 

Sürücülər bildiriblər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

 

Qeyd edək ki, aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.

 

Ətraflı süjetdə:

Chosen
0
31
senzor.az

10Sources