Quterreş: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmasını qaldıra bulməz...
BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında hərbi qarşıdurmadan dərin narahatlığını bildirib.
Poliqon xəbər verir ki, bu barədə “Arab News” telekanalı baş katibin nümayəndəsinə istinadən məlumat yayıb.
Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb. Baç nazir vurğulayıb ki, dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz.
Qeyd edək ki, mayın 6-da axşam saatlarında Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirdiyi “Sindur” əməliyyatının başladığını elan edib. Hindistan hərbi idarəsinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, ancaq “terror infrastrukturu” hədəfə alınıb. Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Bundan sonra Pakistan Hindistana cavab zərbəsi endirib.
Xatırladaq ki, ölkələr arasında münasibətlər aprelin 22-də bir qrup şəxsin mübahisəli Cammu və Kəşmir əyalətində turistləri güllələyən terror aktından sonra pisləşib. Hindistan hücuma gğrə Pakistanı günahlandırıb, İslamabad isə Yeni Dehlinin reaksiyasını ədalətsiz və siyasi motivli adlandırıb. Hindistan daha sonra bəndlər və kanallar üzərində su axını tənzimləyən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axını kəsib.
Poliqon.info