EN

Hacıqabulda kəndlərə sel gəldi, evləri su basdı – VİDEO

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

Bizim.Media xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib. (Report)

 


Bizim.Media

Chosen
0
24
bizim.media

10Sources