
Braziliyalı teleaparıcı müayinə zamanı dünyasını dəyişib.
Reyting.az xəbər verir ki, bu barədə yerli “g1” portalı məlumat yayıb.
Deyilir ki, məşhur teleaparıcı Antonio Mello MRT müayinəsi zamanı ürək tutmasından vəfat edib.
Mello pankreatitdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mənbənin sözlərinə görə, ölüm MRT müayinəsi zamanı ürəyin dayanması səbəbindən baş verib.
Qeyd edək ki, A. Mellonun yazdığı əsərlərin siyahısına “Jurnalistlərin cəngəllikdə sağ qalma bələdçisi” kitabı da daxildir.
V. QULİYEV