2010-2011 – Xəzər Lənkəran (Azərbaycan)
2012-ci il mart-may – Astra (Rumıniya)
2012-ci il may-oktyabr Petrolul (Rumıniya)
2012-ci il oktyabr-2013-cü il iyun Standard (Belçika)
2013-cü il iyun-avqust ÇFR (Rumıniya)
2013-cü il oktyabr-2014-cü il aprel – Gent (Belçika)
2015-ci il yanvar-may – Petrolul (Rumıniya)
2015-ci il may-2016-cı il may – Dinamo (Rumıniya)
2016-cı il dekabr – 2018-ci il fevral – Muskron (Belçika)
2018-ci il iyul – 2018-ci il oktyabr – Əl Faysal (Səudiyyə Ərəbistanı)
2018-ci il oktyabr – 2019-cu il iyun – Dinamo (Rumıniya)
2020-ci il yanvar – 2021-ci il aprel – Vitorul (Rumıniya)
2021-ci il oktyabr – 2021-ci il dekabr – Dinamo (Rumıniya)
2023-cü il aprel – indiyə kimi UTA Arad (Rumıniya)
Belə bir “performans” cızan məşqçini “Kəpəz”in baş məşqçi postuna gətiriləcəyi barədə xəbər dünənin gündəmi oldu.
Əlbəttə, yeni mövsümdən yeni sponsor və yeni formatda olacaq Gəncə təmsilçisinin bu addımı futbol ictimaiyyəti tərəfindən pis qarşılanacaqdı…
Düşünürəm, ümumiyyətlə, proses qıtlığından gündəmə çevrilmişdi, çünki dünən təyinatı rəsmən açıqlanan mətbuat baş katibi Rednikin açıqlamasını əsassız saydıqlarını bildirmişdi.
Bəlkə də bu, minbir çətinliklə komandanı APL-də saxlamağa çox yaxın olan Azər Bağırovun rahatlaşmaması üçün edilən gediş idi. Yaxud yeni rəhbərlik Gəncə futbolsevərlərində Bağırova olan inamı görüb, belə bir həmlə ilə onun gələcəkdə açılacaq qol-qanadını qırmağa, dominantlığı ələ keçirməyə cəhd də hesab etmək olar…
Mülahizələr, versiyalar çox ola bilər. Hər şeyə yeni rəhbərliyin rəsmən aşkara çıxmasıyla, açıqlanmasıyla aydınlıq gələcək.
Bu həftəsonuna gözlənən təqdimatdan sonra təxmin etmək olar – “Kəpəz” güclənir, yoxsa bla, bla, bla…
Kamil Əhməd
P.S. Kuluarlarda yeni rəhbərlikdə futbola yaxın, bu sahədən anlayışı olanların da yer aldığı bildirilir. Yenə də əvvəldən fikir bildirməyək, zamanı gözləyək.