UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "İnter"ə uduzan "Barselona"nın heyətində ən yaxşı oyunçu Lamin Yamal olub.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçu dünən gecə mövsümün rekordunu müəyyənləşdirib.
O, təlbərək mübarizələrdə "İnter"in futbolçularını 14 dəfə aldadıb keçməyi bacarıb.
Lamin Yamal bu göstəricidə Çempionlar Liqası tarixinin rekordunu yenilənməyə yaxın olub.
Mütləq rekord isə "Barselona"nın əfsanəsi Lionel Messiyə məxsusdur. Argentinalı futbolçu 2008-ci ildə "Mançester Yunayted"lə matçda 16 dəfə rəqiblərinə təkbətək mübarizələrdə qalib gəlib.