EN

Çempionlar Liqası: "İnter" finala yüksəldi – VİDEO

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İtaliyanın "İnter" və İspaniyanın "Barselona" komandaları üz-üzə gəlib. 

Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb.

Burada daha bir qol vuran Milan klubu 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Komandalar arasında ilk matç 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Qeyd edək ki, raundun digər oyununda bu gün PSJ Fransada İngiltərə təmsilçisi "Arsenal"la üz-üzə gələcək.

 


Bizim.Media

Chosen
0
6
bizim.media

7Sources