EN

Çin ABŞ ilə danışıqlara razılıq verib

Çin qlobal gözləntilərə və öz maraqlarına əsaslanaraq ABŞ ilə danışıqlar aparmağa razılaşıb...

Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

“Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen mayın 9-dan 12-dək İsveçrədə ABŞ-nin maliyyə naziri Skot Bessent ilə danışıqlar aparacaq”, deyə Nazirlikdən bildirilib.

Bessent çərşənbə axşamı axşam Fox News-a bildirib ki, danışıqlar aparan iki komanda şənbə və bazar günləri Cenevrədə görüşəcək. Onun sözlərinə görə, yüksək tariflər “davamsız” olduğundan hər iki tərəfin danışıqlarda “ortaq marağı” var.

Xatırladaq ki, aprelin 10-da ABŞ bütün Çin mallarına rüsumları 145%-ə qaldırıb. Buna cavab olaraq Çin Amerika mallarına rüsumları 125%-ə qaldırıb.

Poliqon.info

Chosen
0
1
poliqon.info

2Sources