"Rafale" qırıcılarının istehsalçısı olan Fransanın "Dassault Aviation" şirkətinin səhmləri kəskin şəkildə (6%) ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu barədə "Samaa" TV məlumat yayıb.
Bildirilib ki, buna səbəb Pakistanın Hərbi Hava Qüvvələrinin nəzarət xəttində artan hərbi gərginlikdən sonra üç "Rafale" qıcısı da daxil olmaqla, 5 Hindistan təyyarəsini vurması olub.
Pakistan Hindistan təyyarələrinin hava məkanını keçməzdən əvvəl məhv edildiyini bildirib.