EN

Vatikanda Konklav başlayır

Roma Papası seçmək üçün yaşı 80-dən az olan kardinallar konklava toplaşırlar.

Ucnoqta.az xəbər verir ki, ənənəvi olaraq, səsvermə Sikstin kapellasında keçirilir. Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsi Müqəddəs Pyotr meydanında aydın görünən kapellada quraşdırılmış sobanın bacasından çıxan ağ tüstü ilə elan edilir. 
Namizəd seçilmək üçün səslərin 2/3-nin səsini almalıdır. Əgər kvorum yoxdursa, bacadan qara tüstü çıxır.
Xarici dünya yeni papanın kim olacağını ancaq seçilmiş kardinal Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxanda öyrənir.

Eyni zamanda o, papalıq üçün seçdiyi adını elan edir.

Chosen
0
ucnoqta.az

1Sources