EN

Budvada “Azərbaycan Ağacı” əkildi

Mayın 6-da ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupu tərəfindən Monteneqroda təşkil olunan 5-ci Beynəlxalq Konfransın proqramına uyğun olaraq keçirilən “Hər Ölkəyə Bir Ağac Əkək” ekoloji kampaniyası çərçivəsində Budvada “Azərbaycan Ağacını” əkilib.

Teleqraf xəbər verir ki, bu barədə konfransda iştirak edən millət vəkili Azay Quliyev məlumat verib.

Onun sözlərinə görə, Budva şəhərinin meri cənab Zeyko Komnenoviçvə digər ölkələrdən olan deputatlar “Azərbaycan Ağacı”nın əkilməsi mərasimində iştirak ediblər.

Şəhər rəhbərliyi ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edən ölkələrin adına əkilmiş ağacların qorunması və təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürüb.

Chosen
0
2
teleqraf.com

3Sources