EN

Masallı şəhər 2 saylı tam orta məktəbində idman meydançasının açılış mərasimi keçirildi » AzadMedia.az


06 may 2025-ci il tarixdə Respublika İdman Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində yeni idman meydançasının açılış mərasimi olmuşdur.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparat işçiləri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon Təhsil sektorunun müdiri Elman Rzayev, təhsil işçiləri və rayon ictimaiyyəti iştirak etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, yeni idman meydançasının şagirdlərin istifadəsinə verilməsinin əsas məqsədi şagirdlərin harmonik fiziki inkişafının, mənəvi – iradi xüsusiyyətlərinin formalaşdırılmasının təmin edilməsidir. İdman fiziki və ruhi sağlamlıq, sosial əlaqələr, nizam-intizam və özünə inam kimi bir çox müsbət təsirlər təqdim edir.

Açılış mərasimindən sonra Masallı, Lənkəran, İmişli, Ağcabədi, Ağdam, Şirvan, Beyləqan, Sabirabad, Hacıqabul, Füzuli, Kürdəmir, Zərdab, Salyan, Neftçala, Cəlilabad, Astara, Lerik və Biləsuvar komandaları arasında futbol idman növü üzrə açıq rayon birinciliyinə start verilmişdir.
Chosen
0
1
azadmedia.az

2Sources