“İnter Mayami”nin hücumçusu Lionel Messi hələ də “Barselona”nı yaxından izləyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə argentinalının komanda yoldaşı Luis Suares açıqlama verib.
"Messi hələ də ‘Barselona’nın bütün oyunlarını izləyir və Flikin rəhbərliyi altında komandanın qazandığı uğurlardan məmnundur. Bir neçə gün əvvəl Leo mənə dedi ki, komanda öz şəxsiyyətini bərpa etdiyi üçün çox təəccüblənib və buna görə qürur duyur"
Vaxtilə hər iki futbolçu “mavi qranatlar”da çıxış edib. Argentinalı Kataloniya nəhəngindən 2021-ci ildə, uruqvaylı isə bir il əvvəl ayrılıb.
Çərşənbə axşamı günü "Barselona" on ildə ilk dəfə Çempionlar Liqasının finalına yüksələ bilər, lakin cavab yarımfinalında "İnter"i məğlub etməli olacaq. İlk görüş 3:3 hesabı ilə başa çatıb. Hazırda görüş 2:0 İtaliya təmsilçisinin xeyrinədir.