BAKI, 6 may. TELEQRAF
İsrailin Bureyc qaçqın düşərgəsində sığınacağa çevrilmiş məktəbə zərbə endirməsi nəticəsində 22 fələstinli ölüb, daha 52 nəfər yaralanıb.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti bəyanat yayıb.
"Bütün beynəlxalq və humanitar normaların kobud şəkildə pozulması ilə indiyədək bombardman edilən qaçqın mərkəzlərinin sayı 234-ə çatıb. Biz mülki şəxslərə qarşı törədilən dəhşətli qətliamı və ABŞ administrasiyasının işğalçı ilə eyni mövqedə durmasını ən sərt şəkildə qınayırıq", - bəyanatda deyilir.