EN

Bir rayon stadionunda 3 hadisə: Belə qol görən olub? - VİDEO

II Liqada 23-cü turun oyunları keçirilib.

"Hypers" Qubada "Dinamo"nu qəbul edib.

Qarşılaşma şimal təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqəyə kimi demək olmazdı ki, bu görüşdə çoxlu qol vurulacaq. Hər şey 30-cu dəqiqədən sonra dəyişdi.

Bir qəribəlik də bundadır: İbrahim İbrahimlinin başla fərqləndiyi epizoddan öncə top kornerdən çıxmışdı. Baş hakim Kamranbəy Rəhimov və köməkçisi bu anı necə qaçırdı, necə görmədi, inanmaq çətindir.

Cavid İmamverdiyev demək olar hər oyunda adını tabloya yazdırır.

Qış fasiləsindən sonra «Hypers»ın sıralarına qoşulmuş Ruslan Qurbanov isə hələ də dayandoldurum tüfənginə bənzəyir.

Vaxtilə millinin və «Neftçi»nin formasını geyinmiş hücumçu «Dinamo»nun müdafiəçilərinin xətasından istifadə edərək, «oruc»unu pozdu və sevincini salto vurmaqla bölüşdü.

«Polislər»dən Sadiq Hüseynlinin 90+3-cü dəqiqədə vurduğu qol da görülməyə dəyər! Meydanın mərkəzi ilə irəliləyən Sadiqin təqribən 35-40 metr məsafədən qapıya istiqamətləndirdiyi zərbə qəşəng alındı.

Xallarını 42-yə yüksəldən "Hypers Quba" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 35 xalı olan "Dinamo" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

"Hypers Quba" - "Dinamo" 4:3
Qollar: İbrahim İbrahimli, 30; Əli Məmmədli, 41 (ö.q.); Ruslan Qurbanov, 53; Cavid İmamverdiyev, 90 // Əli Məmmədli, 43; Şahin Əliyev, 74; Sadiq Hüseynli, 90+3
Quba OİK stadionu. 200 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Zakir Şükürzadə
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Sənan Aslanov, 16 (qeyri-idman hərəkəti); Ağabəkir Həşimli, 54 (qeyriidman hərəkəti); Qeyrət Əliyev, 75 (qeyri-idman hərəkəti); İbrahim İbrahimli, 85 (qeyriidman hərəkəti); Elxan Qasımov, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Xəyal Qocayev, 15 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elvin Həsənov, 65 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Hypers Guba”: 98. Elxan Qasımov 55. Qeyrət Əliyev 10. Cavid İmamverdiyev (k) 11. Ruslan Qurbanov (6. Xaqan Məmmədov, 90+1) 14. İlqar Ələkbərov 7. Hüseyn Novruzov 15. Ramin Məhərrəmov 71. Sənan Aslanov 88. Nicad İsmayılov 70. İbrahim İbrahimli 9. Ağabəkir Həşimli (8. İbrahim Nağıyev, 88)
Ehtiyat oyunçular: 35. Fərman Bayramov 99. İlham Yarəliyev 19. Mətləb Osmanov
Baş məşqçi: Elvin Həsənov

“Dinamo”: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 11. Şahin Əliyev (k) (5. Nail Təhməzli, 88) 3. Nicat Əskərov 55. Əlisa İsayev 7. Əkbər Səfərzadə 24. Sadiq Hüseynli 15. Tərlan Veysəlli (22. Amil Nurəhmədov, 70) 18. Aydın İsxanzadə 17. Fizuli Dəmirov 44. Əli Məmmədli
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 27. Həsənəli Rəhimov 33. İkram Həmidli 88. Aqil Hüseynzadə 16. Məhəmməd Cəfərzadə
Baş məşqçi: İbrahim Uzunca

Chosen
0
sportinfo.az

1Sources