EN

"Liverpul" hücumçu axtarır - 5 namizəd var

"Liverpul"un yay transfer hədəflərindən biri mərkəz hücumçusu ilə müqavilə imzalamaqdır.

90deqiqe.Az xəbər verir ki, Mersisayd klubunun prioriteti "Nyukasl"dan Aleksandr İsakın namizədliyidir. Bununla belə, qırmızıların başqa variantları da var.

İngiltərə çempionlarının qısa siyahısında həmçinin Viktor Qyokeres (“Sportinq”), Uqo Ekitiike (“Ayntraxt”), Liam Delap (“İpsviç”) və Viktor Osimhen (“Napoli”, “Qalatasaray”da icarə əsasında) var.

Daha əvvəl çətin mövsüm keçirən Darvin Nunesin yayda "Liverpul"u tərk edə biləcəyi ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, "Liverpul" 2020-ci ildən sonra ilk dəfə İngiltərə çempionu olub.

Chosen
0
90deqiqe.az

1Sources