Bakıda Azərbaycan və İran xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib. Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət müzakirə edilib.
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Bakıda görüş keçiriblər.
Tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə edib, Prezident Məsud Pezeşkiyanın 28 aprel 2025-ci il tarixində Bakıya səfərindən sonra Azərbaycan və İran arasında əməkdaşlıq gününün gündəliyindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iki ölkənin XİN nümayəndələri regional və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrə dair fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Azərbaycan və İranın tədqiqat və beyin mərkəzləri arasında əlaqələrin və əməkdaşlığın yaradılması iki dövlətin əməkdaşlığına əlavə təkan olacaq, Azərbaycan və İran ictimaiyyətinin müxtəlif mövzularda məlumatlılığının artırılmasına xidmət edəcək.