EN

Merts Almaniyanın yeni Kansleri kimi AND İÇDİ

Xristian-Demokrat İttifaqının (XDI) lideri Fridrix Merts Almaniyanın 10-cu Kansleri seçilərək Bundestaqda and içib və vəzifəsinin icrasına rəsmən başlayıb.

KONKRET.az xəbər verir ki, andiçmə mərasimi Almaniyanın “Phoenix” telekanalı vasitəsilə birbaşa yayımlanıb.

Fridrix Merts çıxışı zamanı bildirib: “Alman xalqının rifahı üçün çalışacağıma, dövlətin sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, Konstitusiyanı və federal qanunları qoruyub riayət edəcəyimə, vəzifəmi vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli davranacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”.

Almaniyanın DPA agentliyinin məlumatına əsasən, yeni Kanslerin rəhbərlik etdiyi hökumət mayın 6-da ilk iclasını keçirəcək.

Qeyd edək ki, Bundestaqda keçirilən səsvermədə Merts ikinci cəhddə seçilə bilib. O, tələb olunan 325 səslə müqayisədə 316 səs qazanıb. İlk səsvermədə isə onun lehinə cəmi 310 deputat səs vermişdi.

Natiq Səlim,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources