EN

"Barselona"ya qarşı səssiz qalmaq olmaz!” - Bastonidən azarkeşlərə çağırış

İtaliya “İnter” klubunun müdafiəçisi Alessandro Bastoni UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə cavab oyunu öncəsi azarkeşlərə müraciət edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlama verib.

"İlk oyunda olduğu kimi bəzən çətin anlar yaşayacağıq, bu səbəbdən də dəstəyinizə ehtiyacımız var. Meydanda 11-ə 11 oynanılacaq, ona görə də bizi mümkün qədər yüksək səslə dəstəkləməlisiniz. Biz isə soyuqqanlılığımızı qoruyub ən doğru qərarları verməyə çalışacağıq",

Oyun bu gün Milanın San Siro stadionunda baş tutacaq.

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” və “İnter” komandaları arasında keçirilən ilk oyunu heç-heçə (3:3) başa çatıb. Finalda iki oyunluq qarşıdurmanın qalibi  "Arsenal" - PSJ cütünün ən güclü komandası ilə oynayacaq.

Chosen
0
90deqiqe.az

1Sources