EN

Sulşer "Beşiktaş"ın tarixinə düşdü

“Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer yeni uğura imza atıb.

News24.az xəbər verir ki, o, "qara-qartallar"ın çalışdırıcısı kimi Türkiyədəki derbi oyunlarınının (“Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”a qarşı) hamısında qalib gələn ilk mütəxəssis olub.

Son olaraq "Fənərbaxça" ilə görüşdə 1:0 hesabı ilə qalib gələn "Beşiktaş" bu mövsüm "Trabzonspor" və "Qalatasaray"ı 2:1 hesabı ilə üstələyib. Həmçinin, "Beşiktaş" 20 ildən sonra ilk dəfə "Fənərbaxça"nı ardıcıl iki dəfə məğlub edib. Komanda mövsümün əvvəlində də əzəli rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi. 

Qeyd edək ki, “Beşiktaş” hazırda Superliqada 32 turdan sonra 55 xalla 4-cü sıradadır./qol


Chosen
0
3
news24.az

4Sources