EN

Nazirlik rəsmisi: Dövlət qurumları arasında keçirilən minifutbol turnirində azarkeşlər gözəl ab-hava yaratdılar VİDEO

Bakı, 6 may, AZƏRTAC

Dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş III minifutbol turniri gözəl baş tutdu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov dövlət qurumları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş III minifutbol turnirinin mükafatlandırılma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, final qarşılaşmasında möhtəşəm atmosfer yaradan azarkeşlərə təşəkkür edib: “Onları xüsusilə qeyd etmək lazımdır. Hər oyunda gözəl ab-hava var idi. Çünki dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri hər zaman tribunadan öz dəstəklərini göstərirdilər. Bu turnirin təşkil edilməsi qurumlar arasında idmana olan marağı daha da artırır. Hətta mükafatlandırılma mərasimi zamanı Ədliyyə Nazirliyinin komandası fəxri kürsüyə övladları ilə birgə çıxdılar. Həqiqətən də gözəl təşəbbüs idi. Biz hamımız uşaqlar üçün nümunə olmalıyıq. Bu yarış insanları oturaq həyat tərzindən uzaqlaşdırır və sağlam olmağa sövq edir”.

Qeyd edək ki, finalda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin komandasına 3:0 hesabı ilə qalib gələn Ədliyyə Nazirliyi ardıcıl ikinci dəfə turnirin qalibi olub.

Chosen
0
azertag.az

1Sources