"Leo Messi hələ də "Barselona"nın oyunlarını izləyir və Hansi Flikin nailiyyətlərinə görə sevinir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "İnter Mayami"də forma geyinən Luis Suarez söyləyib. O, argentinalı komanda yoldaşı barədə danışıb:
"Bir müddət əvvəl Messi mənə dedi ki, klubun öz ad-sanını qaytarmasına həm təəccüblənib, həm də qürur duyur".
Qeyd edək ki, Messi və Suarez 2014-2020-ci illərdə "Barselona"da komanda yoldaşları olublar, argentinalı və uruqvaylı dostlar bir də 2024-cü ildə "İnter Mayami" klubunda qovuşublar.