EN

Bakıda yaşayış binası yanır

18:51 06.05.2025
18:51 06.05.2025

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Mynews.az Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, Əcəmi Naxçivani küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.


Chosen
0
24
mynews.az

10Sources