EN

Almaniyada yeni kansler seçilib

Bakı. Trend:

Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) lideri FridrixMerts Bundestaqda keçirilən səsvermənin ikinci turunda FederalKansler seçilib.

Trend xəbərverir ki, F.Mertsin Kansler seçilməsi üçün parlamentin 630deputatından 316-sının səsi tələb olunduğu halda onun lehinə 325deputat səs verib.

Yeni Kansler ona göstərilən etimada görə deputatlaraminnətdarlığını bildirib.

Xatırladaq ki, koalisiya hökumətində yer alan partiyalar - CDU,Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyası(SPD) parlamentdə 328 deputat mandatına sahib olduğundan F.Mertsinilk turda Kansler seçilməsi gözlənilirdi. Lakin gözlənilmədənbirinci turda F.Mertsin Kansler seçilməsinin lehinə 310, əleyhinə307 nəfər səs vermiş, 3 nəfər bitərəf qalmışdı. Birinci turdakıməğlubiyyətdən sonra partiyaların parlament fraksiyaları arasındaaparılan məsləhətləşmələr nəticəsində ikinci turun da bu günkeçirilməsi qərara alınmışdı.

Bundestaq seçkisindən və uğurlu koalisiya danışıqlarından sonratəyin edilmiş Kanslerin parlamentdə səsvermənin birinci turundauğursuzluğa düçar olması Almaniya tarixində ilk dəfə baş verir.

Almaniya Konstitusiyasının 63-cü maddəsinə əsasən, birinci turdaKansler lazımi səs çoxluğunu toplaya bilmədikdə iki həftə ərzindəsəsvermənin ikinci turu keçirilməlidir. Bu seçkilərdə dədeputatlardan yarıdan çoxunun səsi lazımdır. Zəruri hallarda digərşəxsin namizədliyi irəli sürülə bilər. Əgər həmin vaxt da tələbolunan çoxluq əldə olunmasa, üçüncü tur keçirilir. Üçüncü turdaKanslerin seçilməsi üçün səsvermədə iştirak edən deputatların sadəsəs çoxluğu kifayət edir.

Seçkilərdən sonra Kansler Fridrix Merts Almaniya PrezidentiFrank-Valter Ştaynmayer tərəfindən rəsmən bu vəzifəyə təyinediləcək və parlamentdə and içəcək. Sonra yeni kabinettəsdiqlənəcək və koalisiya hökuməti rəsmən fəaliyyətəbaşlayacaq.

Chosen
0
6
az.trend.az

7Sources