Türkiyədə məşhur reper “Lvbel C5” ləqəbli Süleyman Burak Bodur həbs edilib.
Bu barədə Kocaeli Polis Müdirliyi məlumat yayıb.
Bildirilib ki, mahnılarında narkotikdən istifadəni təşviq etdiyi üçün Burak Bodur barəsində istintaq başladılıb. Reper 5 ildən 10 ilə qədər həbs tələbi ilə mühakimə olunur.
Qeyd edək ki, "Lvbel C5"in hit mahnısı "Havhavhav" 3 ay ərzində “YouTube”-da 65 milyona yaxın baxış toplayıb.//publika.az