EN

Zaxarova: Avropa İttifaqı Rusiyaya qarşı müharibəyə hazırlaşır

Avropa İttifaqı vaxtilə Üçüncü Reyxin (Hitler Almaniyası) etdiyi kimi, Rusiyaya qarşı müharibəyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Qəhvəyi ləkələrə bürünmüş Avropa İttifaqı, özünün ifadə etdiyi kimi, Şərqdən (Rusiya) gələn təhlükəni bəhanə edərək, vaxtilə Üçüncü Reyxin etdiyi kimi, yenidən hərbiləşir, müharibəyə hazırlaşır, bunu gizlətmir və ölkəmizi düşmən adlandırır. Bəllidir ki, tarix dərslərini öyrənməyiblər”, - diplomat qeyd edib.

Chosen
0
2
korrespondent.az

3Sources