EN

Azərbaycan Rusiyada Qələbənin 80 illiyi şərəfinə keçiriləcək paradda iştirak edəcək

Uşakov: Qələbə Günündə 13 ölkənin parad bölmələri Qırmızı Meydan boyunca yürüş edəcək.

"13 ölkənin, o cümlədən Çin, Vyetnam, Misir və bir sıra MDB ölkələrinin parad bölmələri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçiriləcək paradda Qırmızı Meydan boyunca yürüş edəcək".

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə , paradda Azərbaycan , Vyetnam , Belarus , Misir , Qazaxıstan , Çin , Qırğızıstan , Laos , Monqolustan , Myanma , Tacikistan , Türkmənistan və Özbəkistandan olan heyət iştirak edəcək .

1Sources