EN

Putin mayın 10-da altı prezidentlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin mayın 10-da Burkina Faso, Zimbabve, Laos, Fələstin, Abxaziya və Cənubi Osetiya prezidentləri ilə ayrıca ikitərəfli görüşlər keçirəcək. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov açıqlayıb. 

"Mayın 10-da prezidentin altı ikitərəfli görüşü nəzərdə tutulub. Əvvəlcə Laos prezidenti, daha sonra Zimbabve prezidenti, daha sonra Fələstin prezidenti Mahmud Abbas ilə görüş olacaq.

Daha sonra Putinin Burkina Faso prezidenti İbrahim Traore ilə görüşü planlaşdırılır. Bundan sonra prezidentimiz əvvəlcə Abxaziya prezidentini qəbul edəcək. Bu, iki lider arasında ilin əvvəlindən bəri ikinci üz-üzə təmas olacaq. Daha sonra prezident Cənubi Osetiya prezidenti ilə görüşəcək", - Uşakov bildirib./unikal.az


Telegram kanalımız
Chosen
0
1
yenisabah.az

2Sources