EN

Kadırov Çeçenistan rəhbəri vəzifəsindən azad edilməsini xahiş edib

Çeçenistan rəhbəri Ramzan Kadırovun özü vəzifəsindən uzaqlaşdırılmasını xahiş edib. 

Missiya.Az “Chechnya Today” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kadırov işdən çıxarılması xəbərini şərh edərkən məlumat yayıb.

"Bu xəbəri mən də eşitmişəm. Fərqli şeylər yazırlar. Əksinə, mən özüm xahiş edirəm vəzifəmdən azad edin. Başqasının da öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, xahişimi dəstəkləyəcəklər", - deyə o vurğulayıb.

Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ilin aprelindən Çeçenistan rəhbəridir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
missiya.az

1Sources