Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ilə bağlı açıqlaması gündəm olub.
Bizim.Media xəbər verir ki, Rəqsanə sosial şəbəkə hesabında açdığı canlı yayımda Aysunun ona qarşı sevgisinin azaldığını deyib:
“Elə bilirəm ki, Aysunun mənə qarşı sevgisi, istəyi azalıb. Elə bil nəsə soyuqluq var. Öz içimdə belə hiss edirəm, bəlkə də yanlışdır. Yəqin ki, qızına öz sevgisini verir, onu daha çox istəyir”.
Sara, Bizim.Media