EN

Danışıqlar davam edir: Nəticə yoxdur

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə danışıqları davam etdirdiklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Rusiyanın əsas ixracı olan neftin ucuzlaşmasına münasibət bildirən Peskov "Neft qiymətləri Rusiyanın milli maraqlarına münasibətinə təsir edə biləcək amil ola bilməz. Rusiyanın milli maraqları hər şeydən, o cümlədən neft qiymətlərindən üstündür",- deyib. 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu ilə neft qiymətləri ilə bağlı araşdırmaların aparıldığını açıqlayan Peskov “Həddindən artıq yüksək və aşağı qiymətlər qlobal iqtisadiyyat üçün mənfi bir vəziyyətdir”,- deyə bildirib. 

Peskov Rusiyanın mayın 8-dən 10-na kimi Ukraynada atəşkəs elan etməsi ilə bağlı deyib: "Hücumlar olmayacaq, lakin Kiyev rejimi mövqelərimizə və ya obyektlərimizə hücum etməyə davam edərsə, biz cavab tədbirləri görəcəyik".

Ukraynanın Rusiyadakı mülki ərazilərə pilotsuz təyyarələrlə hücumlarını davam etdirdiyini bildirən Peskov Kiyev rəhbərliyinin müharibəni davam etdirmək istədiyini vurğulayıb.

Mətbuatda ABŞ-nin əvəzinə Braziliyanın Ukrayna məsələsində vasitəçilik edə biləcəyi ilə bağlı iddialara münasibət bildirən Peskov "Bu məsələ gündəmdə deyil. ABŞ tərəfi ilə işimizi davam etdiririk. Təbii ki, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən bütün ölkələrin səylərini alqışlayırıq",- deyib. 

Chosen
0
1
cebheinfo.az

2Sources