EN

İranın hava limanındakı güclü partlayış buna görə baş verib – SƏBƏBLƏR AÇIQLANDI

Aprelin 26-da İranın Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş verən güclü partlayışa forkliftdən çıxan qığılcımın səbəb olduğu bildirilir. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivendin sözlərinə görə, limanda konteynerlər qeyri-standart şəkildə yerləşdirilib, qida məhsulları ilə kimyəvi maddələr yanaşı saxlanılıb. 

KONKRET.az xəbər verir ki, o, hadisənin diqqətsizlik və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbilə baş verdiyini bildirib.

Ərazidə yanğınsöndürən maşın olsaydı, yanğının qarşısını almaq mümkün olardı. Şiddətli partlayış nəticəsində onlarla insan həlak olub, təxminən 1200 nəfər xəsarət alıb.

İran hakimiyyəti hadisənin təxribat nəticəsində baş verdiyini təkzib edib. Daxili işlər naziri İsgəndər Mumini də partlayışın səhlənkarlıq səbəbilə baş verdiyini açıqlayıb. Hadisə ilə bağlı dövlət və özəl sektordan olan iki menecer saxlanılıb.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
0
1
konkret.az

2Sources