EN

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılmışdır

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Azia.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanuni miqrasiyaya qarşı həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 nəfər sərhəd pozucusu saxlanılmışdır.

Belə ki, aprel ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər – 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, may ayının 2-də isə daha 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Chosen
0
27
azia.az

10Sources