EN

Türkmənistan Azərbaycandan qeyri-neft məhsulları alışını azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkmənistana 12,4milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 4,4 milyon ABŞ dolları və ya 26,3% azdır.

Hesabat dövründə Türkmənistana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 1,61%-i həcmində olub. Bununla daTürkmənistan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında AzərbaycanlaTürkmənistan arasında ticarət əməliyyatlarının həcmi 77,7 milyonABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 19,2 milyon ABŞ dolları və ya 19,8% azdır. Hesabatdövründə Türkmənistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 0,64%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkmənistana 13,1milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 3,9 milyon ABŞ dolları və ya 22,9% azdır.

Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında TürkmənistandanAzərbaycana 64,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 15,3 milyon ABŞ dolları vəya 19,2% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞdolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkiledib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Chosen
0
2
az.trend.az

10Sources