EN

Ronaldunun oğlu ilk dəfə Portuqaliya millisinə dəvət alıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldunun oğlu Ronaldu Junior ilk dəfə Portuqaliya millisinə dəvət alıb.

"Report" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəsinin U-15 yığmasına çağırılan yeniyetmə futbolçu Xorvatiyada təşkil olunacaq beynəlxalq yarışda iştirak edə bilər. Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, 14 yaşlı futbolçu 2023-cü ildən “Əl-Nəsr”in akademiyasında məşq edir.

Chosen
0
6
report.az

7Sources