EN

Çin döyüş təyyarələri Misir səmasında

Çin və Misir ilk dəfə birgə hərbi hava qüvvələri təlimi keçirib. 

Çin döyüş təyyarələrinin dünyaca məşhur Misir piramidalarının üzərindən uçduğu anlar kameralara düşüb. 

Eyni zamanda, Çin ordusu dünən Saxara səhrası üzərində uçan döyüş təyyarələri, helikopterlər və nəqliyyat təyyarələrinin görüntülərini də paylaşıb.

Çin ordusundan verilən açıqlamada, birgə təlimin Misirlə “hərbi əlaqələrin dərinləşməsi və ittifaqların dəyişdirilməsinin siqnalı” olduğu bildirilib.

Günel Məlikzadə


Chosen
0
news24.az

1Sources