“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb.
QOL.az xəbər verir ki, kiçik Ronaldo karyerasında ilk dəfə milliyə dəvət alır.
Portuqaliya gənclər komandası Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq. Ronaldo Junior. "Əl-Nəsr"in gənclər komandasında oynayır. O, əvvəllər "Pozuelo", "Yuventus" və "Real"ın akademiyalarında çıxış edib.