EN

Pakistanla imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının KəndTəsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının MilliƏrzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kəndtəsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nuntəsdiq edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2025-ci il fevralın 24-dəBakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının KəndTəsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının MilliƏrzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kəndtəsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”təsdiq edilib.

Bu fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdənsonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onunmüddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi AnlaşmaMemorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxiliprosedurların yerinə yetirildiyi barədə Pakistan İslam RespublikasıHökumətinə bildiriş göndərməlidir.

Chosen
0
29
az.trend.az

10Sources