Naxçıvanda qısqanclıq zəmnində ər arvadını bıçaqlayıb.
Bizim.Media xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.
Belə ki, Naxçıvan şəhər sakini, 1992-ci il təvəllüdlü Əmirov Hüseyn Abbas oğlu (Ad/Soyad şərtidir) qısqanclıq zəmnində həyat yoldaşı Müseyibova Sənəm İlham qızını (Ad/Soyad şərtidir) bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media