EN

ABŞ Səudiyyə Ərəbistanına 3,5 milyard dollar dəyərində raket satacaq

Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanına 3,5 milyard dollar dəyərində raket satacaq.

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 3,5 milyard dollar dəyərində hava-hava tipli raketlərin satışını təsdiqləyib.

Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, razılaşmaya 1000 AIM-120C-8 AMRAAM raketi, 50 “rəhbərlik sistemi” və texniki dəstək daxildir. Lakin hələlik heç bir kompensasiya sazişi təklif edilməyib. 

1Sources