EN

“BMU-da laboratoriya dərsləri öyrənməni daha maraqlı edir” - Kosta-Rikalı tələbə

Coş Xose Sesiliano Salazar Latın Amerikasından, Kosta-Rika Respublikasındandır. Bakı Mühəndislik Universitetində (BMU) “Mexanika mühəndisliyi” ixtisası üzrə təhsil alır.

Modern.az xəbər verir ki, ingilis dilində təhsil almaq, beynəlxalq tələbə mühitində oxumaq və müəllim-tələbə ünsiyyətinə xüsusi önəm verdiyi üçün BMU-nu seçdiyini deyir: “Bu, mənim üçün çox vacib idi, çünki ingilis dilində ünsiyyət bacarıqlarımın inkişafına kömək edir və gələcəkdə beynəlxalq mühitdə işləməyə daha yaxşı hazırlaşmağımı dəstəkləyir. Universitetin xoş mühitini xüsusilə qeyd etməliyəm. Müəllimlər və inzibati heyət bizə hər zaman kömək etməyə hazırdır, ən kiçik məsələlərdə belə dəstək olurlar. Bu isə yeni mühitə düşən biri kimi mənim üçün əvəzolunmazdır”. (//www.youtube.com/watch?v=UEdPq68T2TI)

Kosta-Rikalı tələbə BMU-da tədrisin nəzəri biliklərlə məhdudlaşmamasını daha çox bəyəndıyini dilə gətirir: “Biz, həmçinin müasir laboratoriyalarda praktiki dərslər keçirik və öyrəndiklərimizi real şəraitdə tətbiq edirik. Bu, öyrənmə prosesini daha maraqlı edir. Universitet yalnız mühəndislik sahəsində deyil, həm də həyat təcrübəsi baxımından böyük bir fürsətdir. Burada beynəlxalq atmosfer yaxşıdır. Artıq müxtəlif ölkələrdən dostlar qazanmışam və onların milli mədəniyyətləri haqqında da çox şey öyrənirəm”. 

Asudə vaxtlarında futbol oynamağı, film izləməyi və Bakını kəşf etməyi sevdiyini vurğulayan Coş Xose Sesiliano Salazar Azərbaycanın paytaxtını müasirliklə ənənəni birləşdirən gözəl bir şəhər kimi səciyyələndirir.

Əcnəbi tələbə, həmçinin akademik və şəxsi inkişafı baxımından ona  böyük təsir göstərən BMU-da irəlidə daha hansı imkanlarla qarşılaşacağını səbirsizliklə gözlədiyini də bildirir. 

Chosen
0
2
modern.az

3Sources