EN

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi - Xəsarət alan var?

  Göyərtəsində onlarla sərnişinin olduğu "Rossiya Hava Yolları"na məxsus təyyarə texniki nasazlıq səbəbindən Yujno-Saxalinskdə məcburi eniş edib.

Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun Telegram kanalında məlumat verilib.

Bildirilir ki, insident çərşənbə axşamı, mayın 6-da Blaqoveşenskdən uçan “Sukhoi Superjet 100” təyyarəsində baş verib. Eniş təhlükəsiz olub və 72 sərnişindən heç biri xəsarət almayıb. Hava limanının xidmətləri adi iş rejimində çalışıb./publika.az


Chosen
0
3
referans.az

4Sources