EN

Suriya lideri nazirlə basketbol oynadı, gündəm oldu - VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa maraqlı görüntüləri ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə əl-Şaraanın Dəməşqdə basketbol oynadığı anları əks etdirən görüntülər yayılıb.

O, keçid hökumətinin xarici işlər naziri Əsəd əl-Şaybani ilə Dəməşqdə basketbol oynayıb.

Həmin an Suriya lideri və nazirin idman meydançasında rəsmi geyimdə olduğu görünür.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bizim.Media

Chosen
0
6
bizim.media

7Sources