EN

Putin Pezeşkianla razılığa gəldi

Rusiya Prezidenti Vladimir Putinlı İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

News365.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Vladimir Putin 26 aprel 2025-ci il tarixində Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı bir daha başsağlığı verib.

Məsud Pezeşkian da öz növbəsində bu fəlakətin nəticələrinin aradan qaldırılmasında operativ köməyə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

İran prezidenti həmçinin Vladimir Putini və bütün Rusiya vətəndaşlarını alman faşizmi üzərindəki Qələbənin 80-ci ildönümü münasibətilə təbrik edib.

İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub. Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin, o cümlədən nəqliyyat və energetika sahələrində birgə iri layihələrin həyata keçirilməsi yolu ilə genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Aktual beynəlxalq və regional problemlər, o cümlədən İranın nüvə proqramı ilə bağlı Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqların gedişi barədə fikir mübadiləsi aparılıb. 

Prezidentlər xarici siyasət sahəsində Rusiya-İran praktiki əməkdaşlığını və koordinasiyasını hərtərəfli gücləndirmək üçün birgə işi aktivləşdirmək barədə razılığa gəliblər.

Chosen
0
2
news365.az

3Sources