EN

Depressiyaya düşdü, 56 gün yatdı

Samsunda yaşayan 26 yaşlı gənc qadın huşunu itirib.

News24.az xəbər verir ki, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan gənc xəstə 32 gün xəstəxanada qalıb. 

Xəstə üzərində çoxsaylı analizlər aparılıB, lakin onun niyə oyanmadığını, gözlərini açmadığını, danışmadığını başa düşmək mümkün olmayıb.

Xəstənin 56 gün ərzində heç bir stimula reaksiya vermədiyini bildirən həkim, "Bizə göndərildiyi zaman reanimasiyada onu izləməyə başladıq. Xəstə gözlərini açmırdı, ağrılı stimullara belə reaksiya vermirdi, tamamilə sərt yatırdı" deyib.

EKT (elektrokonvulsiv terapiya) müalicəsinə başladıqlarını və xəstənin 56-cı gündə gözlərini açdıqlarını ifadə edən həkim, "Bizə baxdı, yemək yedi. O anı təsvir etmək çətindir. Bu hadisə bizə göstərdi ki, depressiya yalnız kədərli olmaq deyil. Bəzən insanı tamamilə susdura və dayandıra bilər" deyə əlavə edib.

Günel Məlikzadə

Chosen
0
2
news24.az

3Sources